İsrail parlamenti yeni qanun layihəsini təsdiqləməyə hazırlaşır.
"Ucnoqta.az" xəbər verir ki, əgər layihə qəbul edilsə, Tel-Əviv hökuməti terrorizmdə ittiham edilən fələstinliləri edam edəcək.
Layihənin ən böyük tərəftarı ifrat sağ görüşlü müdafiə naziri Aviqdor Libermandır. İsrail televiziyasına müsahibə verən Liberman deyib: "Belə bir qanun ABŞ-da da var. Bu səbəbdən, İsrail də dünyadakı ən güclü demokratik sistemin yolu ilə getməyi üstün tutur".
Müdafiə naziri "Həbsxanaya girən hər terrorçu,terror qruplaşmaları sövdələşmə məqsədi ilə mülki vətəndaş və hərbçiləri qaçırmağa sövq edirlər".
Qanuna əsasən, İsrail hədəfləri əleyhinə əməliyyat keçirlən fələstinlilər edam ediləcək.
//Ölkə.Az//