Əfqanıstan “Taliban”ı danışıqlar masasında əyləşməyə çağırıb

14:23 - 26 Dekabr 2017 - DÜNYA

Əfqanıstan hökuməti “Taliban” radikal qruplaşmasını qısa zamanda mövcud böhranı həll etmək üçün dinc danışıqlarda iştirak etmək üçün razılığa gəlməyə çağırıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bunu Əfqanıstanın XİN rəhbəri Salahuddin Rabbani Pekin səfəri zamanı bəyan edib: 

“Biz yenidən “Taliban”ı bu tarixi çağırışa cavab verməyə və mümkün ən qısa vaxtda Əfqanıstan hökuməti ilə danışıqlar masasında əyləşməyə çağırırıq”.
 

Qeyd edək ki, bu gün Pekində Çin, Pakistan və Əfqanıstan XİN başçılarının ilk üçtərəfli görüşü baş tutub. 

Xəbər xətti