Hindistanın Mülki Aviasiya İdarəsi ölkə ərazisində mülki uçuşlar üçün Hindistan istehsalı olan təyyarələrin istifadə olunmasına icazə verib.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, yaxın zamanlarda “Hindustan Aeronautics Limited” şirkətinin istehsalı olan təyyarələr uçuşlar həyata keçirməyə başlayacaq.
“Dornier Do 228” təyyarəsi Hindistanda uçuş həyata keçirən ilk yerli təyyarə olacaq.
Həmin təyyarələrin ixrac edilə biləcəyi də məlumat verilib.