Türkiyədə polis daha bir genişmiqyaslı əməliyyat keçirib.
"Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, antiterror əməliyyatı nəticəsində Türkiyənin cənubundakı Adana şəhərində İŞİD terror təşkilatının üzvü hesab olunan 12 nəfər saxlanılıb.
Saxlanılanların Yeni il ərəfəsində Türkiyədə kütləvi yerlərdə terror aktları planlaşdırması məlum olub.
Saxlanılanlardan 2 nəfərin Suriya vətəndaşı olduğu bildirilib.
Qeyd edək ki, dekabrın əvvəlində İstanbulda İŞİD üzvü hesab olunan 60-dan çox adam saxlanılmışdı.