İsrail Qüdsə görə 10-dan çox ölkə ilə danışıqlar aparır

23:05 - 26 Dekabr 2017 - DÜNYA

ABŞ Prezidenti Donald Trampın Qüds qərarından sonra İsrail hökuməti hərəkətə keçib.

"Ucnoqta.az" xəbər verir ki, İsrail hökuməti paytaxtın Qüds şəhərinə köçürülməsilə bağlı müəyyən işlərə başlayıb. Bu barədə İsrail xarici işlər nazirinin müavini Sipi Xotoveli bildirib. Onun sözlərinə görə, Qüdsün ölkə paytaxtı kimi tanınması üçün İsrail xarici dövlətlərlə danışıqlara başlayıb.
 

“Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliklərin Tel-Əvivdən Yerusəlimə köçürülməsinə dair 10-dan çox ölkə ilə danışıqlar aparılır. Onların arasında Avropa ölkələri də var”, - deyə S.Xotoveli bildirib.
 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Amerikanın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib. Onun sözlərinə görə, Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımağın vaxtı gəlib çatıb.
 

“Qərara gəldim ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb. Amerika bu addıma qarşı deyil və Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq”, deyə D.Tramp vurğulayıb.













//Ölkə.Az//

Xəbər xətti