Daha bir ölkə ABŞ-a meydan oxudu - “Qorxmuruq”

22:20 - 26 Dekabr 2017 - DÜNYA

ABŞ-ın Qüdslə bağlı qərarına etiraz edən Malayziya sərt bəyanat yayıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bəyanatda Malayziyanın ABŞ-dan qorxmadığı və iqtisadi təsiri olsa belə müsəlmanların haqlarını qorumağa davam edəcəkələri qeyd edilib.
 

Bildirilib ki, Qüds İslam dünyasının müqəddəs məkanıdır və müsəlmanlar bu vəziyyətə səssiz qala bilməz.
 

Qeyd edək ki, ABŞ Qüdsü İsrailin rəsmi paytaxtı kimi tanıdıqdan sonra BMT Baş Məclisi bu qərarı qanunsuz hesab edən qətnamə qəbul etmişdi.

Xəbər xətti