Yunanıstanın qərb sahillərində zəlzələ baş verib.
"Ucnoqta.az" xəbər verir ki, yeraltı təkanlar 5 bal gücündə olub. Bu barədə məlumatı Avropa-Aralıq dənizi seysmoloji mərkəzi paylaşıb.
Zəlzələnin episentri Korfu adasından 94 km cənubi-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdədir. Dağıntılar və tələfat barədə məlumat yoxdur.
//Ölkə.Az//