Gürcüstanın Avstriyadakı səfiri vəfat edib

20:42 - 26 Dekabr 2017 - DÜNYA

Gürcüstanın Avstriyadakı səfiri Konstantin Zaldastanişvili vəfat edib.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze bildirib.

O, səfirin ailəsinə başsağlığı verib.

Qeyd edək ki, K.Zaldastanişvili 2013-cü il iyunun 18-dən etibarən Gürcüstanın Avstriyadakı səfiri və Gürcüstanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında və Vyanada yerləşən digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi olub.

Xəbər xətti