Ərdoğan: Türkiyə Sudanda ada almaq istəyir

09:56 - 26 Dekabr 2017 - DÜNYA

Türkiyə Sudanın Suakin adasını almaq istəyir.
 

"Ucnoqta.az"ın  məlumatına görə, bunu Sudana səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
 

Dövlət başçısı bildirib ki, məqsəd bu adada infrastrukturun bərpa edilməsidir: "Hazırda Suakin atılmış vəziyyətdədir. Türkiyə bu adada yerləşən tarixi məscidi də bərpa etməyə hazırdır".
 

Qeyd edək ki, Sudanın şimal-şərqində, Şərqi Afrika sahillərində yerləşən Suakin adası əsrlər boyu mühüm ticarət limanı olub.










//Trend//

Xəbər xətti