BMT-nin Nyu-Yorkda keçirilən Baş Assambleyasında ABŞ prezidentinin mübahisəli Qüds qərarına qarşı qanun layihəsi qəbul edilib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley "Səsverməni diqqətlə izləyirik. Maliyyə yardımını dayandıra bilərik"- demişdi.
Bu açıqlama reallığa çevirilib. ABŞ 2018-2019-cu ildə BMT-yə büdcəsini 250 milyon dollar azaltdığını elan edib.
Səsvermədən əvvəl Tramp "Bizdən milyonlarla və milyardlarla dollar alırlar və bizə qarşı səs verirlər. Bu səsverməni izləyəcəyik. Bizə qarşı səs versinlər, qənaət edərik, vecimizə deyil".
Bu gün isə Nikki yeni açıqlama verib: "Biz artıq ABŞ xalqının səxavətindən sui-istifadəyə icazə verməyəcəyik. 2018-2019-cu il büdcəsi 250 milyon dollar azaldıldı".