Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə İrana səfər edəcək.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib.
Onun sözlərinə görə, Fransanın xarici işlər naziri Jan-İv Le Drian böyük ehtimalla bu həftə İrana gedəcək: “Bu səfər proqramı çərçivəsində Fransa prezidentinin Tehrana ziyarətinin gündəliyi də müzakirə olunacaq”.