Filippində dəhşətli qəza — Eyni ailənin 20 üzvü həlak oldu

16:43 - 25 Dekabr 2017 - DÜNYA

Filippində Yeni il bayramını qeyd etmək üçün yola çıxan sərnişinləri aparan avtobus qəzaya uğrayıb.

"Ucnoqta.az" xəbər verir ki, qəza nəticəsində eyni ailənin 20 üzvü həlak olub.
 

İnsident paytaxt Manila yaxınlığındakı Agoo şəhərində baş verib. Milad bayramı üçün kilsəyə gedən bir ailə üzvlərinin olduğu kiçik avtobus böyük bir avtobusla toqquşub. Polisdən verilən xəbərə əsasən, kiçik avtobus ötmə əməliyyatı etmək üçün qarşı zolağa çıxıb. Bu zaman sürətlə qarşıdan gələn avtobusa çırpılıb. Avtobusdakı 20 nəfər həlak olub. Digər avtobusda isə 10 nəfər yaralanıb.
 

Həlak olanlar arasında 6 nəfəri azyaşlı uşaqdır. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.





//Ölkə.Az//

Xəbər xətti