Səudiyyə Ərəbistanında qaçırılan şiə hakimin meyiti tapıldı

16:26 - 25 Dekabr 2017 - DÜNYA

2016-cı ilin dekabr ayında Əl Cirani evindən zorla aparılmışdı.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, hakimin meyiti bir qəsəbədəki fermada aşkar edilib. Xəbəri Səudiyyə hökuməti paylaşıb.
 

Səudiyyə Ərəbistanının şərqindəki Katifdə yaşayan şiə hakim Şeyx Məhəmməd Əl Cirani ötən ilin dekabr ayında evindən zorla qaçırılmışdı. Hadisədən 1 il sonra hökumət Əl Ciraninin ölüm xəbərini paylaşıb.
 

Hakimi qaçıranlarla təhlükəsizlik qüvvələri arasında toqquşma olub. 19 dekabrda baş verən toqquşmada hakimi qaçıranlardan biri öldürülüb, digəri isə saxlanılıb. Eyni zamanda bir hərbçi də həlak olub. Təhlükəsizlik qüvvələri Əl Ciraninin meyitini Avamiya qəsəbəsindəki bir fermada tapıblar.

Xəbər xətti