Filippində tropik qasırğa tüğyan edir — 200 ölü

15:34 - 25 Dekabr 2017 - DÜNYA

Filippində tüğyan edən "Vinta" tropik qasırğası ciddi ziyana səbəb olub.

"Ucnoqta.az" xəbər verir ki, artıq 200 nəfər təbii fəlakətin qurbanına çevrilib.
 

Polisdən verilən məlumata əsasən, Mindanao adasının şimalında 135 nəfər həlak olub. Zamboanqa yarımadasında 47 nəfər ölüb. Cənubi Lanao vilayətində isə 18 nəfər həlak olub. 144 nəfər itkin düşüb. 40 min sakin təxliyə edilib.
 

Mətbuatın xəbərinə əsasən, fırtına 70 min nəfərə ziyan vurub. Hazırda Filippində axtarış-əməliyyat tədbirləri davam etdirilir.

 

 

 

//Ölkə.Az//

Xəbər xətti