Əfqanıstanda kamikadze terrorçu tərəfindən növbəti terror aktı törədilib.
"Ucnoqta.az " xəbər verir ki, insident nəticəsində ən azı 6 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
Kamikadze terrorçu Milli Təhlükəsizlik İdarəsinin təhsil mərkəzi yaxınlığında üzərindəki bombanı işə salıb.
Nəticədə 6 nəfər mülki vətəndaş həlak olub. Hücuma görə İŞİD terror qruplaşması məsuliyyəti öz boynuna götürüb.
//Ölkə.Az//