Səudiyyə Yəməni vurdu, azı 50 husi öldürüldü

13:29 - 25 Dekabr 2017 - DÜNYA

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbələri nəticəsində azı 50 üsyançı-husi öldürülüb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hava hücumları nəticəsində İranın dəstəklədiyi husilərə aid ballistik raket də məhv edilib. 
 

Qeyd edək ki, şiələrin “Ənsar Alla” hərəkatından olan üsyançı husiləri 2014-cü ildən bəri Yəməndə Ər-Riyaddın rəhbərlik etdiyi ərəb koalisiyanın dəstəklədiyi hökumətlə müharibə aparır. Bu il husilər Ər-Riyada 2 dəfə raket hücumu təşkil etmək istəsələr də, Səudiyyə həmin raketləri zərərsizləşdirə bilib. 

Xəbər xətti