Ərdoğanın çıxışında qalmaqal — Səhnəyə çıxan gənc prezidentin üstünə atıldı VİDEO

23:35 - 25 Dekabr 2017 - DÜNYA

Türkiyənin Şırnak vilayətində hakim Ədalət və İnkişaf partiyasının iclası keçirilib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bir gənc səhnəyə qaçaraq Ərdoğanın üstünə atılıb. 
 

Ərdoğanı qucaqlamaq istəyən gəncin şəhid qohumu olduğu məlum olub. Saxlanılan gənc "Tək məqsədim prezidentimizi qucaqlamaq idi. Amma səhv anlaşıldı"- deyib. Yük avtomobili sürücüsü olan Hüseyin Demircan saxlanılıb.
 

Gənc ifadə verdikdən sonra sərbəst buraxılıb.
 

 

 


Xəbər xətti