ABŞ hakimiyyəti 2018-2019-cu illərdə BMT-nin maliyyələşdirilməsinə maliyyə yardımının 285 milyon dollar azaldılması barədə qərar qəbul edib.
"Ucnoqta.az" “Report” a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.
“Biz ABŞ vətəndaşlarının səxavətindən sui-istifadə edilməsinə icazə vermərik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, BMT-nin illik büdcəsinin 22 faizini, 3 milyard dollardan çoxunu ABŞ maliyyələşdirir.