XİN: Misir Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir

21:47 - 25 Dekabr 2017 - DÜNYA

Misir Türkiyə ilə münasibətlərin normallaşmasının lehinədir.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Misirin xarici işlər naziri Sameh Şukri deyib.
 

O qeyd edib ki, iki ölkənin xalqlarını bir çox ümumi dəyərlər birləşdirir: "Misir Türkiyə ilə münasibətləri bərpa etməyə hazırdır".
 

Nazirin sözlərinə görə, hazırda Türkiyə-Misir münasibətlərində xüsusi gərginlik müşahidə olunmur.
 

Xatırladaq ki, 2013-cü ildə Misir Prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra Ankara ilə Qahirə arasında münasibətlər pozulub.

Xəbər xətti