Terror hücumlarına görə Pakistan iqtisadiyyatına 123 milyard dollar ziyan dəyib.
"Ucnoqta.az xəbər verir ki, bu rəqəm Pakistanın ABŞ-dakı səfirliyinin ölkəsinin terrorla mübarizə üçün gördüyü tədbirlərə dair təqdim etdiyi informasiya qeydlərində əks olunub.
Məlumatda qeyd edilir ki, 2003-cü ildən 2017-ci ilə kimi 22 min dinc sakin və təxminən 7 min təhlükəsizlik xidməti əməkdaşı terror hücumlarının qurbanı olub.
Qeyd edək ki, 2015-ci ildə Pakistan hökuməti terrorizmlə mübarizə üçün Milli plan hazırlamışdı. Plan çərçivəsində İslamabad 11 min nəfərdən ibarət terrorla mübarizə qrupu yaratmışdı.
//Qafqazinfo//