Səudiyyə hökuməti korrupsiyada ittiham olunaraq saxlanılan 20 nəfəri azadlığa buraxıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin şəxslərin hökumətlə razılaşmaya getdikləri deyilir.
Azadlığa çıxanlar arasında kral ailəsinin üzvü Turki ben Xalid, həmçinin keçmiş maliyyə naziri və dövlət neft şirkətinin direktorlar şurasının üzvü, Saudi Telecom-un sabiq rəhbəri də olub.
Xatırladaq ki, noyabrdan start götürən antikorrupsiya əməliyyatında aralarında 11-i şahzadə də olmaqla 200-ə yaxın yüksəkvəzifəli və biznesmen saxlanılmışdı. Bəziləri sərvətlərindən keçməklə azadlığa çıxa biliblər. Hazırda neçə nəfərin nəzarətdə qaldığı isə məlum deyil.