Vyetnam hökuməti "Tembin" qasırğası səbəbindən ölkənin cənub sahillərində təxminən 650 min nəfəri təxliyə edib.
"Ucnoqta.az" Trend-iə istinadən bildirir ki, Cənub Çin dənizinə çatan güclü küləyin regionda sürətinin saatda 135 kilometrə çatdığı bildirilib.
Qasırğanın yaxınlaşması səbəbindən ölkənin cənubunda dərslər dayandırılıb. Sakinlərin təxliyəsinə hərbçilər cəlb edilib.
Qeyd edək ki, eyni qasırğa səbəbindən Filippində 200 nəfər həyatını itirib.