Tunis və Birləşmiş Ərəb Əmirlikləri arasında qalmaqal baş verib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, BƏƏ tunisli qadın turistlərin ölkələrinə girməsinə və ərazilərindən tranzit səfərlərlə uçmasını qadağan edib. Bu barədə məlumatı Tunis hökuməti açıqlayıb.
Bu səbəbdən Tunis hökuməti də BƏƏ-yə məxsus "Emirates" hava yollarına məxsus təyyarələrin Tunis beynəlxalq hava limanına enişinə qadağa qoyub.
Tunisin nəqliyyat nazirliyi beynəlxalq hüquq və müqavilələrə uyğun həll yolu tapana qədər qadağanın davam edəcəyini bildirib.
BƏƏ isə bir təhlükəsizlik kəşfiyyat məlumatı səbəbindən tunisli qadınlara qarşı belə bir addım atdığını bildirib.