Filippini cənginə alan tropik qasırğa nəticəsində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 111-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Məlumata əsasən, daha 150 nəfər isə itkin düşüb.
Bundan əvvəl ölənlərin sayının 90, itkin düşənlərin isə 45 nəfər olduğu bildirilirdi.
Məlumata görə, ümumilikdə 270 nəfərdən çox sakin ziyan çəkib. Ölkə ərazisində 44 min nəfər üçün nəzərdə tutulmuş 608 təxliyyə mərkəzi yaradılıb.