"Bu döyüşdə də erməni xəyanətinin izi var" — Razi Nurullayev

13:00 - 24 Dekabr 2017 - DÜNYA

"22 dekabr tarixi həm də Birinci Dünya Savaşında Osmanlı ilə Rusiya arasında Sarıkamış bölgəsində baş verən döyüşün ilk günüdür. Sarıkamış döyüşü sərt soyuqlara davam gətirməyərək Osmanlı qoşunlarının məğlubiyyəti ilə yadda qalıb. Ən azı 60,000 Türk əsgəri döyüşdə ölüb və yaralanıb"

 

"Ucnoqta.az" xəbər verir ki, bu sözləri AXCP sədri Razi Nurullayev deyib:

 

"Ümumiyyətlə, ruslarla döyüşdə Osmanlıların məğlubiyyətini sərt soyuqlara bağlayıram. Napoleon da sərt qışa təslim olmuşdu. Faşistlər də sərt qışdan nəsiblərini almışdılar.



//Ölkə.Az//

Bu döyüşdə də ermənilərin xəyanəti özünü biruzə verib. Məhz, onların ruslarla işbirliyi edərək, Osmanlı torpağında osmanlılara xəyanəti nəticəsində bu faciə yaşanıb. 1915-ci ildə ermənilərə qarşı cəza tədbirlərinin görülməsinin bir səbəbi də bu ölüb.

 

Sarıkamışda həyatını itirən bütün mehmetçiklərə Allahdan rəhmət diləyirikik. Ruhları şad olsun".

Xəbər xətti