"Norveçə yerləşdirilən ABŞ dəniz piyadalarının komandiri general Robert Neller "böyük savaş"ın başlayacağı mövzusunda əsgərlərinə xəbərdarlıq edib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Neller regiondakı Amerika hərbi kontingentinin genişləndirə biləcəyini təxmin edərək əsgərlərinə yerlərinin dəyişəcəyini söyləyib. Neller "ümid edirəm ki, yanılıram, amma müharibə yaxınlaşır"-deyib.
Əsgərlərinə səslənən general: "Ümid edirəm ki, yanılıram, amma savaş yaxınlaşır. Burada olmağımız sayəsində siz informasiya və siyasi mübarizədə iştirak edirsiniz. Yaxın zamanda diqqətlər Sakit okean və Rusiyaya yönələcək. Burada niyə olduğumuzu unutmayın. Onlar müşahidə edirlər. Siz onları müşahidə etdiyiniz kimi, onlar da sizi müşahidə edir. Burada 300 dəniz piyadamız var. Bir gecədə bu sayı 3 minə çatdıra bilərik".