Londonda ilk dəfə bir qadın yepiskop oldu

14:58 - 23 Dekabr 2017 - DÜNYA

Böyük Britaniya kraliçası və İngiltərə Kilsəsinin rəhbəri II Yelizaveta Londona yeni yepiskop təyin edib.
 

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, 55 yaşlı Sara Mallaelli London yepiskopu olub.
 

Sara Ekstersk yeparxiyasından yepiskop kimi xidmət göstərib.
 

Mallelli 2018-ci ildən London yepiskopu Riçard Çartresi əvəz edəcək. Bu post İngiltərə kilsəsində üçüncü yüksək vəzifə sayılır.

Xəbər xətti