Filippində fəlakət — 90 nəfər torpaq altında can verdi

11:39 - 23 Dekabr 2017 - DÜNYA

Filippində tropik qasırğa torpaq sürüşmsinə səbəb olub.
 

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, 90 nəfər torpaq altında qalaraq can verib.
 

Şiddətli yağış və fırtına səbəbindən itkin düşənlərin sayı artır.
 

Bu yaxınlarda İŞİD terrorçularından təmizlənən Mindanao adasında qasırğa torpaq sürüşməsinə səbəb olub. "Reuters" agentliyi 90 nəfərin həlak olduğunu bildirir.

 

Tubod adasında bir çox kənd yoxa çıxıb. Şiddətli yağış və fırtınanın təsirli olduğu bölgədə tələfatın artacağı bildirilir. Minlərlə insan evini tərk etmək məcburiyyətində qalıb.

Xəbər xətti