BMT-nin Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı yeni sanksiyalar səsverməyə çıxarılıb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Şura sanksiyaları təsdiqləyib. Təhlükəsizlik Şurasının 15 üzvü qərarın lehinə səs verib.
Pxenyan hökumətinin qitələrarası ballistik raket sınağından sonra alınan qərarla Şimali Koreyanın bərbad vəziyyətdə olan iqtisadiyyatının daha pis olacağı təxmin edilir.
Qərara əsasən Şimali Koreyaya göndərilən 90 faiz emal edilmiş neft məhsullarının miqdarı il ərzində 500 min bareli keçməyəcək. ABŞ isə Çinə müraciət edərək qonşusunu dəstəkləməməyini istəyib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley "Bu Pxenyan hökumətinə bir mesajdır. Əgər sınaqlara davam etsələr daha çox cəza və tədbirlərlə üz-üzə qalacaqlar"-deyib.