Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli nəfər ölüb, 689-u müxtəlif dərəcəli xəsarət alıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi məlumat yayıb.
Məlumata əsasən, dekabrın 22-dəki iğtişaşlar zamanı iki fələstinli ölüb, daha 689 nəfər isə yaralanıb. Onlardan 65-i döyüş güllə yarası, 111-i rezin güllə yaralsı və 442-i isə gözyaşardıcı qazın təsirindən xəsarət alıb. Hazırda 3 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.