2018-ci ildə Rusiya prezidentliyinə namizədliyini irəli sürmək istəyən tanınmış teleaparıcı Kseniya Sobçak Sankt-Peterburqda tərəfdarları üçün mitinq keçirtmək istəyib.
Ucnqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Kseniya Sobçak saytında “Namizəd hər kəsə qarşı” rublikasında bildirib. Onun sözlərinə görə, mitinq keçirtmək istəyini reallaşdıra bilməyib.
“Mənə tərəfdarlarımla görüş üçün imkan yaratmadılar. Sankt-Peterburqda mitinq keçirtməyə imkan vermədilər. Halbuki bu gündən mənim Sankt-Peterburqda namizəd kimi təşviqatım başlanmalı idi və tərəfdarlarıma açıq məktublar verilməliydi. Şəhər rəhbərliyi mitinqin keçirilməsinə qətiliklə uydurma səbəblərdən imtina edib. Sən demə belə yerlərdə tədbirlər keçirtmək olmaz. Çünki bu yerlər məmurlaırn “qorxulu yuxuları” olub”, - deyə Kseniya Sobçak bildirib.
Qeyd edək ki, 2018-ci ildə Rusiya prezidentliyinə namizədliyini irəli sürmək istəyən tanınmış teleaparıcı Kseniya Sobçak dəfələrlə Putini tənqid edib. Hətta o, ABŞ-ın Putin və onun ətrafına qarşı qadağaları dəstəklədiyini bildirib.
Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək. Seçki kampaniyası dekabr ayında başlamalıdır.