Təhlükə geri qayıdır — "Kosmik kəllə" Yerə yaxınlaşır

13:23 - 23 Dekabr 2017 - DÜNYA

"2015 TB145" asteroidi 2018-ci ilin noyabr ayında planetimizə yaxınlaşacaq.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, "Hellouin" adlandırılan asteroid ilk dəfə 2015-ci ilin Hellouin bayramında Yerin yanından ötüb.

 

Tünd səma cisminin ölçüsü 625-700 metrdir. Fırlanma dövrü isə 3 saatır. Maraqlıdır ki, müəyyən işıqlandırılma zamanı asteroid insan kəlləsinə oxşayır.

2015-ci ildə asteroid Yerin 486 min km yaxınlığından keçib.

 

Alimlər qeyd ediblər ki, asteroid 2088-ci ildə yenə də Hellouin bayramı günü planetimizin yanından ötəcək.

Xəbər xətti