Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri türk və amerikan əsgərlərinin bölgədən çəkilməsini istəyib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, diplomat türk və amerikan hərbçilərinin Suriyadakı mövcudluğunu açıq şəkildə hücum olduğunu iddia edərək ölkədəki əsgərlərin geri çəkilməsini tələb edib.
Cəfəri deyib: "Xarici əsgərlərin dərhal və şərtsiz olaraq bölgəmizdən çəkilməsini tələb edirik. ABŞ-ın bölgədə əsgərlərini saxlama israrına qarşıyıq".