İsrail polisi ilə Qüds sakinləri arasında toqquşma — FOTOLAR

17:13 - 22 Dekabr 2017 - DÜNYA

ABŞ prezidenti Trampın Qüdslə bağlı qərarına qarşı BMT Baş Assambleyası qanun layihəsi qəbul edib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Qüdsün tarixi küçələrində İsrail polisi ilə yerli sakinlər arasında toqquşmalar olub.
 

Ramallahın Beytil qəsəbəsində cümə namazından sonra fələstinli etirazçılara İsrail hərbçiləri müdaxilə edib. Yaralanan nümayişçiləri almağa çalışan İsrail əsgərləri müqavimət göstərənləri dağıtmaq üçün havaya atəş açıb.
 

İsrail əsgərlərinin sərt müdaxiləsi nəticəsində bir jurnalist də xəsarət alıb. Yaralı təcili tibbi yardımla xəstəxanaya aparılıb. İsrail hərbçiləri nümayişçilərə gözyaşardıcı qazla müdaxilə ediblər.


Xəbər xətti