Suriyanın taleyinin həll olunacağı Suriya Milli Konqresinin vaxtı məlum olub.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, tədbir 29-30 yanvar tarixləri arasında Rusiyanın Soçi şəhərində keçiriləcək. Bu barədə Putinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev məlumat verib. Bildirilir ki, PYD qruplaşması tədbirə dəvət edilməyəcək.
Rusiyanın XİN rəhbəri Sergey Lavrov dünən BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura ilə görüşüb.