İstanbulda gündüz saatlarında sonra dəniz reysləri ləğv edilib.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, reyslərin ləğv edilməsi barədə qərar gündüz saatlarından başlayaraq havanın kəskin dəyişməsi səbəbilə qəbul edilib. Belə ki, hazırda İstanbul akvatoriyasında güclü küləklə müşayiət olunan yağış yağır. Ölkə sinoptikləri isə yaxın günlərdə İstanbulda qar proqnozlaşdırıblar.
Qeyd edək ki, Türkiyənin Dəniz Nəqliyyatını İdarə üzrə Təşkilatdan bildiriblər ki, dəniz reyslərinin ləğv edilməsi ilə əlaqədar "Marmaray" tuneli gücləndirilmiş rejimdə fəaliyyət göstərir.