“Biz münasib vaxtda heç bir təzyiqə baxmadan Fələstinin müstəqilliyini tanıyacağıq”.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Fələstin Dövlətinin başçısı Mahmud Abbasla keçirdiyi görüşdən sonra bildirib.
O, Fransanın Fələstin-İsrail münaqişəsinin həllində “iki dövlət, iki millət” prinsipinə sadiq qaldığını vurğulayıb.
Qeyd edək ki, Fransa dekabrın 21-də BMT Baş Assambleyasının Qüdsün İsrailin paytaxtı kimi tanınmaması barədə qətnamənin lehinə səs verib.