Afinada məhkəmə binasında bomba partladılıb

12:48 - 22 Dekabr 2017 - DÜNYA

Naməlum şəxs Yunanıstanın paytaxtı Afinada apellyasiya məhkəməsinin çıxışına bomba qoyub.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, partlayış bu gün səhər saatlarında baş verib və səsi şəhərin bir çox rayonunda eşidilib. 
 

Mühafizəçinin sözlərinə görə, motosikletlə gələn iki nəfər pilləkənlərin üstünə çanta qoyaraq oradan uzaqlaşıblar. Bundan əvvəl isə məhkəmə binasına bomba qoyulması ilə bağlı anonim zəng olub. 
 

İnsindent zamanı heç kim xəsarət almayıb, lakin binaya ciddi ziyan dəyib. 
 

Qeyd edək ki, noyabrın 29-dan Yunanıstanda borcluların əmlaklarının hərraca çıxarılması qərarından sonra məhkəmələrdə bu tip qarşıdurmalar müşahidə olunur. Əhalinin yunan banklarına olan borcu 100 milyard avro civarındadır. Bu borcların böyük hissəsi ipoteka kreditləridir. 

Xəbər xətti