Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində "Taliban" terrorçuları polis bölməsinin yaxınlığında mina yüklü avtomobili partladıblar.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 8 polis həlak olub, çox sayda yaralı var.
Məlumata görə, "Taliban" təhlükəsizlik qüvvələrinə hücum etmək məqsədilə oğurlanmış hərbi avtomobildən istifadə edib.