Argentina məhkəməsi eks-prezident Kristina Fernandes de Kirşnerin vəkillərinin apelyasiya şikayətini təmin etməyib.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, məhkəmə eks-prezidentin həbs edilməsi barədə qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, eks-prezident 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzinin partladılması ilə bağlı istintaq işininin araşdırilmasına mane olmaqda ittiham olunur.
Bununla belə yuxarı instansiya məhkəmsi ona qarşı "vətənə xəyanət" ittihamı irəli sürülməsini məqbul saymayıb. Belə ki, bu maddənin yalnız "müharibə şəraitində" keçərli olduğu bildirilib.