ABŞ qətnaməni tanımadı - “Qüdsdə səfirliyimizi açacağıq”

10:20 - 22 Dekabr 2017 - DÜNYA

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikk Heyli BMT Baş Məclisinin qəbul etdiyi qətnaməni tanımadıqlarını açıqlayıb.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, səsvermənin nəticələrinə baxmayaraq ABŞ-ın yenə öz bildiyini edəcəyini deyib:

“Bu səsvermə heç nəyi dəyişməyəcək. ABŞ Qüdsdə səfirliyini açacaq. Bunu bizdə ABŞ xalqı istəyir və doğru olan da budur. Amma bu səsvermə amerikalıların BMT-yə necə baxdığı və bizə BMT-də hörmətsizlik edən ölkələrə necə baxdığımız məsələsində fərq yaradacaq”.
 

Qeyd edək ki, BMT Baş Məclisi ABŞ-ın Qüdsü İsrailin rəsmi paytaxtı kimi tanımasını qanunsuz hesab edən qətnaməsi 128 ölkənin səsi ilə qəbul edilib.

Xəbər xətti