Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail polisinin həbs etdiyo, daha sonra sərbəst buraxdığı daun sindromlu fələstinli gənc Məhəmməd ət-Tavil və ailəsini qəbul edib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ərdoğan görüşdən çəkilən fotoları Tvitter səhifəsində paylaşıb.
Prezident BMT Baş Məclisinin qəbul etdiyi qətnaməyə isə Məhəmmədlə çəkdirdiyi foto ilə münasibət bildirib:
“Qüdslü Məhəmməd qardaşımla dünyaya mesajımız budur: “Qüds qırmızı xəttimizdir””.
Qeyd edək ki, fələstinli gənc müalicə almaq üçün Ankaraya gətirilib.