Vitse-prezdent ABŞ ordusunun Əfqanıstandan çıxacağı vaxtı açıqlayıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən istinadən xəbər verir ki, bu barədə vitse-prezident Maykl Pens Əfqanıstana səfəri zamanı bildirib.
“ABŞ ordusu terrorçular məhv edilənədək Əfqanıstanda qalacaq”,- deyə Pens söyləyib.
Qeyd edək ki, avqustda ABŞ prezidenti Donald Tramp Əfqanıstanla bağlı yeni hərbi startegiyanı elan etmişdi. Qərara əsasən Əfqanıstandakı hərbçilərin sayı daha 3 min artırılaraq 14 minə çatdırılacaq.