Kataloniyada müstəqillik tərəfdarları seçkilərdəki qələbəni qeyd edir

19:00 - 22 Dekabr 2017 - DÜNYA

Kataloniya Milli Assambleyasında təmsil olunan müstəqillik tərəfdarları növbədənkənar parlament seçkilərdəki qələbəni qeyd etməyə başlayıb.
 
İlkin məlumata görə, Kataloniyanın İspaniyanın tərkibindən çıxmasını tələb edən partiyalar bölgə parlamentindəki  135 mandatın 70-ni özləri üçün təmin edə biliblər.  
 
Müstəqillik tərəfdarları  rəqs edir, Kataloniyanın sabiq rəhbəri Karles Puçdemona dəstək şüarları səsləndirir, bir-birilərini qələbə ilə təbrik edirlər.      

Xəbər xətti