Cənubi Koreyanın Çeçhon şəhərində fitnes mərkəzində yanğın baş verib.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində 20 nəfər həlak olub, daha 24 nəfər xəsarət alıb.
Məlumata görə, yanğın səkkizmərtəbəli binanın qarajında avtomobilin yanması səbəbindən başlayıb. Hadisənin qurbanları ikinci mərtəbədəki fitnes mərkəzinin müştəriləri olub.
Yanğının qarşısının alınması üçün 50 yanğınsöndürən cəlb olunub.