İsrail BMT-ni “yalanlar evi” adlandırdı - Qüds səsverməsinə saatlar qalıb

16:16 - 21 Dekabr 2017 - DÜNYA

Nyu-Yorkda BMT-də baş tutacaq Qüds səsverməsinə saatlar qaldığı bir vaxtda İsrailin baş naziri Binyamin Netanyahu sərt açıqlama verib.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Netanyahu BMT-ni “yalanlar evi” adlandırıb:

“İsrail dövləti bu səsverməni tamamilə rədd edir. Qüds bizim paytaxtımızdır və buradakı inşamıza davam edəcəyik. Xarici səfirliklər ABŞ başda olmaqla Qüdsə köçürüləcək. Bu, baş verəcək!”
 

İsrailin BMT-dəki daimi təmsilçisi Dannon isə bildirib ki, beynəlxalq quruluşların təsdiqinə ehtiyacları yoxdur.
 

Qeyd edək ki, əgər Qüdslə bağlı layihə qəbul edilərsə bu, ABŞ-la digər ölkələri qarşı-qarşıya qoya bilər. Belə ki, səsvermə prezident Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərarını ləğv edəcək. Prezident Tramp isə onun qərarının əleyhinə səs verəcək ölkələrə maliyyə yardımını dayandıracağını elan edib. 

Xəbər xətti