Avstraliyanın Melburn şəhərində bu gün baş vermiş avtomobillə hücumdan sonra şəhər rəhbərliyi Milad bayramı ilə bağlı tədbirləri ləğv etdiyini açıqlayıb.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bütün şəhər boyunca nəzərdə tutulmuş işıq şoularının ləğv edilməsi barədə qərar qəbul edilib.
Yeni il bayramı qeyd edilib-edilməməsi ilə bağlı qərar hələ ki, verilməyib.
Qeyd edək ki, Melburnda bu gün naməlum şəxs avtomobili piyadaların üstünə sürüb.
Hadisə nəticəsində 15 nəfər yaralanıb.
Polis insidentin terror aktı olduğunu bildirib. Hücumla bağlı 2 nəfər saxlanılıb.