İŞİD cəlladı Türkiyədən Yunanıstana keçmək istəyərkən saxlanılıb

00:50 - 22 Dekabr 2017 - DÜNYA

Türkiyənin Suriya ilə sərhədində yerləşən Hatay vilayətində İŞİD-in tanınmış cəlladlarından biri Mahmud ləqəbli 28 yaşlı terrorçu saxlanılıb.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bu barədə vilayət polisi xəbər yayıb.
 

Terrorçunun Suriyadan Türkiyə ərazisinə daxil olması və buradan Yunanıstana keçmək planları barədə polisə xəbər daxil olduqdan sonra əməliyyat keçirilib.
 

Məlumata görə, ilkin dindirilmədə Mahmud İŞİD-çi olduğunu, günahını etiraf edib, eləcə də həyat yoldaşı və anasının da İŞİD üzvləri olduqlarını bildirib.
 

Qeyd edək ki, daha öncə Kayseri vilayətində polis İŞİD-in başqa bir cəlladı Abdulxaliq Abdulqədiri saxlamışdı.

Xəbər xətti