Erməni deputat Türkiyə parlamentində dava saldı- Video

12:22 - 21 Dekabr 2017 - DÜNYA

Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı qalmaqal yaşanıb. Ucnoqta.az AzVision.az-a istinadən xəbər verir ki, parlamentin iclasında hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar arasında dava düşüb.

Davaya erməni əsilli deputat səbəb olub. Belə ki, Ermənistana səfəri ilə gündəmə gələn HDP-nin İstanbuldan seçilən deputatı Karo Paylanın Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun açıqladığı “Man Adası” sənədlərini xatırlatması AKP təmsilçiləri əsəbiləşdirib.
Bunun ardınca Paylanın AKP-dən olan millət vəkili İlknur İncesözə çıxışı zamanı replika ataraq "əxlaqsızlıq etmə" deməsi vəziyyəti daha da gərginləşdirib.
Bundan hiddətlənən AKP-li millət vəkili həmkarına "Siz parlamentdə əxlaq dərsi verə biləcək ən son adamsınız", - deyə cavab verib.

Söz dueli iki partiyadan olan millət vəkilləri arasında dava ilə yekunlaşıb. Nəticədə parlamentdə müzakirələrə fasilə verilib. 

Xəbər xətti