2018-ci ilin ilk ayında ABŞ-ın "Scottsdale" hərracında Adolf Hitlerin "Mercedes-Benz 770" avtomobili auksiona çıxarılacaq.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən tarixi avtomobil Hitlerin xüsusi sərəncamı ilə hazırlanıb. Maşın 1939-cu ilin oktyabrından 1941-ci ilin mayına kimi istifadə olunub.
Müharibədən sonra avtomobil Amerikan hərbiçiləri tərəfindən ələ keçirilib və bir neçə dəfə sahiblərini dəyişib. Maşın 1973-cü ildə keçirilən auksion zamanı 153 min dollara satılıb.
2004-cü ilədək avtomobil Las Vegaslı milyonçu və kazino sahibi Ralf Engelstada məxsus olub və daha sonra bir avropalıya satılıb